Baş Prokurorluq: "Qax Kukla Teatrının direktoru mənimsədiyi 48,5 min manatı ödəyib"

Baş Prokurorluq: "Qax Kukla Teatrının direktoru mənimsədiyi 48,5 min manatı ödəyib" Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.
Hadisə
443
19 Oktyabr , 2021 17:19
Baş Prokurorluq: Qax Kukla Teatrının direktoru mənimsədiyi 48,5 min manatı ödəyib
0 : 00
0 : 00

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.

İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.

Son xəbərlər

Orphus sistemi