Fransa millisinin qapıçısı AVRO-2024-dən kənarda qala bilər

Fransa millisinin qapıçısı AVRO-2024-dən kənarda qala bilər Fransa millisinin qapıçısı Mayk Menyan bu il Almaniyada keçiriləcək Avropa çempionatından kənarda qala bilər.
Futbol
286
23 May , 2024 19:40
Fransa millisinin qapıçısı AVRO-2024-dən kənarda qala bilər

Fransa millisinin qapıçısı Mayk Menyan bu il Almaniyada keçiriləcək Avropa çempionatından kənarda qala bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Milan"ın qolkiperinin sol əl barmağında sınıq aşkarlanıb.

28 yaşlı dəri əlcək sahibinin AVRO-2024-də çıxış edib-etməyəcəyi gələn həftə veriləcək testlərin nəticəsindən sonra bəlli olacaq.

Qeyd edək ki, iyunun 14-də start götürəcək AVRO-2024-ə iyulun 15-də yekun vurulacaq. Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi