Biləsuvar və Cəlilabad rayonlarda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
Görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun sözügedən rayonlardan keçən hissəsində də müşahidə olunur.